Lotfi Zadeh Technology Center- Xəzər dənizi regionunda texnoloji və innovativ ekosistemin yaradılmasına həsr edilən bir layihədir və həyata keçirilməyə 2019-cu ildə başlanılmışdır. Sözü gedən regionda, texnoloji bilik və bacarıqların, infrastrukturun və investisiyanın bir məkanda birləşdirilməsini hədəfləyən bu layihəyə Azərbaycanlı böyük mütəffəkkir, dünya elminə 6 mühüm nəzəriyyə bəxş edən Lütfi Zadənin adı verilmişdir.

About Lotfi Zadeh Technology Center

Lotfi Zadeh Technology Center- Xəzər dənizi regionunda texnoloji və innovativ ekosistemin yaradılmasına həsr edilən bir layihədir və həyata keçirilməyə 2019-cu ildə başlanılmışdır. Sözü gedən regionda, texnoloji bilik və bacarıqların, infrastrukturun və investisiyanın bir məkanda birləşdirilməsini hədəfləyən bu layihəyə Azərbaycanlı böyük mütəffəkkir, dünya elminə 6 mühüm nəzəriyyə bəxş edən Lütfi Zadənin adı verilmişdir.




Azərbaycandakı ən böyük kovörkinq mərkəzi olan şirkətimiz sizlərə 300+ dən çox masa, 3000 m2 +sahə, kubikl, şəxsi ofis və premium iş sahələri təklif edir. Bizim sizə təklif etdiyimiz xidmətlə artıq bütün ofis icarəyə götürməyə ehtiyacınız yoxdur. Seçiminizdən asılı olaraq istədiyiniz zaman və təqdim edilən müddətlər çərçivəsində yalnız ehtiyacınız olan qədər masa icarəyə götürə bilərsiniz.

Lotfi Zadeh Texnologiya Mərkəzində kiçik sahibkarlar, startapçılar, frilanserlər, iş adamları və eləcə də digər ofisə ehtiyacı olan hər kəs üçün üçün yüksək ofis standartına sahib iş sahələri təklif edilməklə yanaşı, həmçinin iclaslar, təlimlər və təqdimatların təşkili üçün də bütün imkanlar mövcuddur. Biz sizə müvəqqəti fərdi iş yeri, müştərilərinizlə görüşmək, sifarişçilərinizi daha effektli şəkildə qəbul etməyiniz üçün daha işgüzar və komfortlu iclas zalları, hüquqi ünvan təklif edirik. İnnovativ iclas zallarımız sizin görüşlərinizin ən yüksək səviyyədə təşkil edilməsi üçün proyektor, xüsusi havalandırma, təhlükəsizlik və iclasa kənar müdaxilənin olmamasını təmin etmək üçün xüsusi kart sistemini təmin edir.

Biz yüksək sürətli internetimiz, limitsiz çay və kofelərimiz, ödənişsiz çap xidmətimiz və xüsusən community managerlərimiz vasitəsilə burada keçirdiyiniz bütün müddət ərzində sizin lazımı ehtiyaclarınızı qarşılayır, sizi administrativ işlərdən azad edərək şəxsi ofisinizdən daha rahat mühit yaradırıq. Lotfi Zadeh Texnologiya Mərkəzi sizə yalnız çalışmaq üçün iş məkanı deyil, eyni zamanda yeni tanışlıqlar, biznesiniz üçün faydalı olacaq əməkdaşlıqlar təklif edir.

Məqsədimiz
Bizim məqsədimiz doğru insanları bir məkanda birləşdirərək innovasiyanın inkişafına təkan vermək, Azərbaycanın startup ekosisteminə öz töfhəsini verərək texnoloji ideyaların qlobal ekosistemə inteqrasiyasına şərait yaratmaqdır.

Dəyərlərimiz
Fəaliyyətimizin əsasında ədələt anlayışı durur;
Müştərilərimizin tələbatlarını təmin edərkən keyfiyyət və təhlükəsizliyi bir arada tutmaq təməl hədəfimizdir;
Savadlı, bacarıqlı və fərqli düşünə bilən namizədləri işə alır, ədalət prinsipi ilə yanaşır və təcrübə qazandırırıq.

Üstünlüklərimiz

Uyğun qiymətlər
Yüksək standartlara cavab verən iş sahələri
Texnologiya icması
Akselerasiya proqramları
Sürətli internet
Printer xidməti
Community Manager xidməti
24/7 giriş
Təhlükəsizlikdə üz tanıma sistemi
Gündəlik ofis təmizliyi
Smart havalandırma sistemi

Lotfi Zadeh Texnologiya Mərkəzində Covid-19 əleyhinə mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Eyni zamanda, profilaktik tədbirlərin effektivliliyinin yüksəldilməsi məqsədilə hər bir otaqda sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir.


Get in touch with us